İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ABŞ-nin İrana qarşı əməliyyatın başlaması barədə müttəfiqlərindən heç birini məlumatlandırmadığını bildirib.
"Unikal" xəbər verir ki, o, bu barədə yerli KİV-ə açıqlamasında deyib.
"Heç bir müttəfiqə məlumat verilməyib və Birləşmiş Millətlər Təşkilatını cəlb etmək üçün heç bir cəhd göstərilməyib", - XİN rəhbəri bildirib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ lideri Donald Tramp ABŞ-nin Madridin icazəsi olmadan İspaniya hərbi bazalarından istifadə edə biləcəyini bildirmişdi.
