Bu gün paytaxtın Bülbül prospektində halı pisləşib yıxılan vətəndaşa polis əməkdaşları yardım etdilər.

“Unikal”ın məlumatına görə, piyada keçidini keçən yaşlı xanım yerə yıxılıb və burnundan qan açılıb.

Ərazidə xidmətdə olan Nəsimi rayonu post patrul xidmətinin əməkdaşları dərhal ərazidən kənarlaşdırıb yaşlı xanıma ilkin tibbi yardım göstəriblər. 

Daha sonra polislər onu xəstəxanaya çatdırıblar.

Orxan Rasifoğlu