Küveyt hava hücumundan müdafiə qüvvələri ABŞ-nin üç ədəd F-15 qırıcı təyyarəsini səhvən vurub.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ ordusu məlumat yayıb.
ABŞ ordusunun açıqlamasında bildirilir ki, altı ekipaj üzvünün hamısı təhlükəsiz şəkildə katapultasiya edib, təhlükəsiz şəkildə xilas olublar və vəziyyətləri sabitdir.
***10:30
Amerikanın F-15 qırıcısı Küveytdə qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Təyyarədə texniki nasazlıq nəticəsində baş verən yanğın qəzaya səbəb olub.
Hər iki pilot paraşütdən istifadə edərək sağ qalıblar.
Ağarza Elçinoğlu
"Friendly fire incident over #Kuwait The Americans shot down their own F-15 plane Both pilots survived" pic.twitter.com/C1OPEcUa0C
— Unikal.az (@UnikalOrgPortal) March 2, 2026
The U.S. F-15 fighter jet pilot who was down over #Kuwait moments ago in a friendly fire incident is alive. pic.twitter.com/mUnxSRgtzk
— Unikal.az (@UnikalOrgPortal) March 2, 2026
