"Qazprom Neft" şirkətinin idarə heyətinin sədr müavini Anton Calyabov cinayət məsuliyyətinə cəlb olunub. 

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, şübhəli Sankt-Peterburqda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

O, 29 milyon rubldan çox rüşvət almaqda ittiham olunur. Məhkəmə tezliklə onun barəsində qətimkan tədbiri seçəcək. 

Ağarza Elçinoğlu