Qazaxıstanın Akmola vilayətinin Şuçinsk şəhərindəki kafedə qaz balonunun partlaması nəticəsində yeddi nəfər həlak olub.
"Unikal" "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, xilasedicilər beşmərtəbəli binaya bitişik kafedə qaz partlayışının baş verdiyini və daha sonra yanğının başladığını bildiriblər.
"Söndürülüb və dağıntılar təmizlənir. Yanğınsöndürənlər yanan binadan səkkiz qaz balonu aşkar ediblər", - KİV yazıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, ümumilikdə 26 nəfər yaralanıb, onlardan yeddisi, o cümlədən 16 yaşlı qız ölüb.
Gülayə Mecid
