Kanadanın Tumbler Ridge şəhərindəki orta məktəbdə baş verən silahlı insident zamanı 9 nəfər ölüb. Ən azı 25 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. 

Polis şübhəlinin 18 yaşlı Jesse Van Rutselaar olduğunu açıqlayıb. Məlum olub ki, o, keçmiş məktəbinə hücum etməzdən əvvəl anasını və ögey qardaşını da öldürüb və məktəbə hücumdan sonra intihar edib. 

Şübhəlinin 39 yaşlı anası və 11 yaşlı ögey qardaşı yaxınlıqdakı evdə ölü tapılıb.

Polis bildirib ki, kişi cinsində doğulan təcavüzkar altı il əvvəl cinsiyyətini dəyişdirmə əməliyyatına başlayıb və həmişə özünü qadın kimi təqdim edib.

Ağarza Elçinoğlu