Ukraynanın paytaxtı Kiyevə qarşı Rusiyanın hücumları davam edir.
“Unikal” xəbər verir ki, bu barədə Kiyev Şəhər Başçısı Vitali Kliçko məlumat verib. O bildirib ki, rus ordusu səhər tezdən şəhərə hava zərbələri endirib və balistik raketlərlə infrastrukturu hədəf alıb.
Onun sözlərinə görə, hücumlar nəticəsində 2 nəfər yaralanıb.
Qeyd olunur ki, Ukrayna Hərbi Hava Qüvvələri isə ölkənin müxtəlif bölgələrinə raket və pilotsuz uçan aparatlarla hücumların davam etdiyini açıqlayıb.
Ayxanım Məlikova
