Tramp administrasiyası İran nefti daşıyan tankerlərin ələ keçirilməsi imkanlarını müzakirə edir.

"Unikal" xəbər verir ki, bu barədə "The Wall Street Journal " (WSJ) ABŞ hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki,  ABŞ Tehrana İslam Respublikasının nüvə proqramı ilə bağlı razılaşma əldə etmək üçün əlavə təzyiq vasitəsi neft tankerlərinin müsadirəsini nəzərdən keçirir.