ABŞ-nin vitse-prezidenti J.D. Vens Bakıya gəlib. 

"Unikal" xəbər verir ki, onu İrəvandan Ermənistan Parlamentinin spikeri Alen Simonyan yola salıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ABŞ-nin vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Vensi Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıb.

Ağarza Elçinoğlu