Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) general Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdində iştirak edən şəxsin fotosunu yayımlayıb.

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, xüsusi xidmət orqanları cinayətin iştirakçısı olan Zinaida Serebritskayanın 2020-ci ilə qədər Ukrayna vətəndaşı olduğunu bildirib. 

Sözügedən şəxs 1971-ci ildə Ukraynanın Luqansk vilayətində anadan olub. 

FSB qadının generalla eyni binada yaşadığını müəyyən edib. Belə ki, qadın Alekseyevi izləyirmiş, hadisənin olduğu gün isə o, generalın liftdən düşməsini gözləyib.  Daha sonra isə ona kürəyindən dörd atəş açıb.  

Bununla yanaşı,Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdinin təşkilatçısı Lyubomir Korba və Viktor Vasin da saxlanılıb. Korba, dindirilmə zamanı etiraf edib ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ona Moskvadakı hədəfləri və yüksək rütbəli Rusiya hərbi qulluqçularını izləmək üçün ayda 2000 dollar ödəyib.

Gülayə Mecid