ABŞ-də Ceffri Epşteyn qalmaqalı ilə bağlı hadisələr hələ də xəbər başlıqlarında yer alır. Bunun fonunda FETÖ-nü təmsil edən vəkil Reid Vaynqartenin Epşteyni də təmsil etdiyi ortaya çıxıb.

"Unikal" xəbər verir ki, bu  barədə "TRT Haber" mənbələrə istinadən məlumat dərc edib.

Qeyd olunur ki, FETÖ-nun 2016-cı ildə çeviriliş hərəkətlərindən sonra sözügedən vəkil Epşteynlə əlaqə saxlayıb və ondan dəstək istəyib.

Göndərdiyi elektron poçtda Vaynqarte Epşteyndən təşkilat üzvlərini Türkiyəyə təhvil verməməsini istəyib və  ABŞ-nin müvafiq orqanlarından onları qorunmasını tələb edib. 

Sənədlərdə həmçinin "MOSSAD"ın (İsrail xüsusi xidmət orqanı. - red) PKK və YPG terror təşkilatları ilə davamlı olaraq planlar qurduğunu və onlara rəhbərlik etdiyini ortaya çıxıb.

Sənədlərdə adı çəkilən adlar da diqqətəlayiqdir.

2009-cu ildə ABŞ-nin keçmiş prezidenti Barak Obamaya Nobel Sülh Mükafatını təqdim edən Nobel Komitəsinin keçmiş sədri və Norveçin keçmiş baş naziri Torbyorn Yaqlandın adı 2000-dən çox sənəddə hallanır.

Adı tez-tez çəkilən digər bir şəxs isə "Microsoft" şirkətinin qurucusu Bill Geytsdir.

Geyts üç il ərzində Epşteynlə bir neçə dəfə görüşdüyünü etiraf edib və bunu "səhv" adlandırıb.

Gülayə Mecid