"İlham Əliyevin bu gün tranzit marşrutunun Gürcüstandan, sabah isə Ermənistandan keçəcəyi barədə bəyanatı 1990-cı və 2000-ci illərdə ölkə olaraq əldə etdiyimiz hər şeyi məhv edir".
"Unikal" xəbər verir ki, bunu Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili deyib.
"Gürcüstan özünü mürəkkəb, geosiyasi çıxılmaz vəziyyətdə tapıb. Bu, yaxın gələcəkdə ya müstəqilliyimizin ləğvi ilə, ya da İvanişvili mafiyasının caynaqlarından azad edilməsi və ölkənin sürətli inkişafının bərpası ilə başa çatacaq", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu
