ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkov bildirib yanvarın 22-də Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

"Cümə axşamı onunla (Putinlə, - red.) görüşməliyik", - deyə diplomat vurğulayıb.

O, bu görüşü tələb edənlərin ruslar olduğunu vurğulayıb və qeyd edib ki, bu, onların tərəfindən vacib bir bəyanatdır: "Hər kəs sülh sazişi bağlamaq istəyir".

Utikov sabah Trampın kürəkəni Cared Kuşnerlə birlikdə Moskvaya səfər edəcək.

Kremlin sözçüsü Dmitri Peskov artıq Rusiya mediasına Putinin sabah ABŞ rəsmiləri ilə görüş planlaşdırdığını təsdiqləyib.

Ağarza Elçinoğlu