Türkiyə Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin qurbanlarını yad edib.

"Unikal" xəbər verir ki, bu barədə dövlət qurumunun "X" hesabında paylaşım edilib.

"1990-cı il yanvarın 20-də Azərbaycanın azadlığı uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı dərin hörmət və rəhmətlə anırıq", - məlumatda qeyd olunub.