Sabunçu rayonu ərazisində yerləşən binalardan birinin istixanasından 3 ədəd dəyəri 4500 manat olan su mühərriki oğurlanıb.
"Unikal" xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş S.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar zamanı saxlanılan şəxsin taladığı mühərrikləri metal qəbulu məntəqəsinə satdığı məlum olub.
Araşdırmalar davam etdirilir.
