Amerikalıların əksəriyyəti ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına mənfi yanaşır.

"Unikal" xəbər verir ki, Amerikanın CBS News televiziya kanalının keçirdiyi sorğuya görə, amerikalıların əksəriyyəti ABŞ-nin İran rejiminə qarşı mümkün hərbi əməliyyatlarını dəstəkləmir.

Respondentlərin 33%-i hərbi müdaxiləni dəstəkləyib, 67%-i isə əleyhinə çıxıb.

Respondentlər eləcə də ABŞ-nin mümkün motivlərini qiymətləndiriblər.

Fikri soruşulanların 47%-i ölkənin mənəvi öhdəlikləri olduğuna, 61%-i strateji maraqlar gördüyünə və 42%-i isə effektiv bir plana sahib olduğuna əmin olduğunu bildirib.

Gözlənilən nəticələrə gəldikdə, respondentlərin 67%-i hərbi əməliyyatların uzun və baha başa gələn bir kampaniyaya səbəb olacağına inanır, yalnız 33%-i isə sürətli və uğurlu bir əməliyyat gözləyir.