Gəncədə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan "DAEWWOO NEXIA" ilə "VAZ 2107" markalı minik maşınları toqquşub.
Qəza zamanı minik maşınlarının birində olan sərnişin 2007-ci il təvəllüdlü Z.Cabbarlı xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Tural Əhmədov
