Tovuzda 49 yaşlı kişi su kanalında boğularaq ölüb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Aşağı Öysüslü kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1976-cı il təvəllüdlü Ç.Axundov su kanalına düşərək hadisə yerində ölüb.
İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. Onun içki aludəçisi və tufeyli həyat yaşadığı bildirilir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Tural Əhmədov
