Mingəçevirdə maşın sexində yanğın baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Samux küçəsində qeydə alınıb. Yanğın FHN-nin yanğınsöndürmə briqadası tərəfindən söndürülərək lokallaşdırılıb və alovun qarşısı alınıb. Hadisə zamanı zərərçəkən olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
