Göygöldə bıçaqlanma olub.

"Unikal"ın məlumatına görə, rayon sakini 1996-cı il təvəllüdlü R.Ələkbərov bədənin iki bıçaq yarası ilə xəstəxanaya çatdırılıb. Xəsarət alan şəxs dərhal əməliyyat edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 30 yaşlı kişi rayonda yerləşən "Fərdi" şadlıq sarayında keçirilən toy məclisində bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Tural Əhmədov