Venesuela müxalifətinin lideri Mariya Korina Maçado Ağ Evə səfəri zamanı ABŞ prezidenti Donald Trampa 2025-ci ildə layiq görüldüyü Nobel Sülh Mükafatı medalını təqdim edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Maçado görüşdən sonra mükafatın təhvil verilməsini elan edib.
Danışıqlar Vaşinqtonda baş tutub və iki saatdan çox davam edib.
Səfərlə bağlı şərh verən Maçado bildirib ki, Donald Tramp "Venesuelanın siyasi məhbuslarının və bütün venesuelalıların azadlığına sadiqdir" və ölkənin gələcək ABŞ müttəfiqi kimi potensialını başa düşür.
O, simvolik bir tarixi epizodu xatırlayaraq onu hazırkı mükafatlandırma mərasimi ilə əlaqələndirib.
Maçado görüşdən sonra jurnalistlərə bildirib ki, "Mən Prezident Trampa dedim ki, 200 il əvvəl General Lafayett Simon Bolivara Prezident Corc Vaşinqtonun şəkli olan medal verib. O vaxtdan bəri Simon Bolivar heç vaxt ondan ayrılmayıb. 200 il sonra Bolivar xalqı Vaşinqtonun varisi olan Amerika Birləşmiş Ştatları Prezidentinə azadlığımıza olan sadiqliyinin tanınması üçün Nobel mükafatı medalı təqdim edir".
Donald Tramp mükafatı qəbul etdiyini təsdiqləyib.
