Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Həziabad kəndində qeydə alınıb. Kənd sakininə məxsus ümumi sahəsi 200 kvadratmetr olan yardımçı tikili naməlum səbəbdən qəfildən alışıb.
Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Buna baxmayaraq, tikilinin yanar konstruksiyaları 175 kvadratmetr sahədə yanaraq məhv olub. Yanğın nəticəsində köməkçi tikilidə saxlanılan toyuq və cücələrin tələf olduğu bildirilir.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
