Şəkidə minik avtomobili yanıb.
"Unikal" xəbər verir ki,hadisə Şəki rayon Cumakənd kəndi ərazisində baş verib. Belə ki, Hüseynov Elmir Elton oğluna məxsus "Qaz 3110" markalı minik avtomobilində yanğın baş verib. Hadisə yerinə Şəki rayon DYMH nin texnikaları cəlb olunub. Avtomobilin mühərrik və salon hissəsi tamamilə yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Seymur Əli
