İranda etiraz edən və 8 yanvarda Rza Pəhləvinin etiraz çağırışından sonra həbs olunan hər kəs cinayətkardır.
"Unikal" "Iran International" a istinadən xəbər verir ki, bunu İranın ədliyyə naziri Əmirhüseyn Rəhimi bildirib.
"8 yanvardan sonra küçələrdə olan və həbs olunan hər kəs cinayətkardır", - nazir qeyd edib.
"Iran International"ın mənbələrə və tibbi məlumatlara əsaslanan məlumatına görə, 8 və 9 yanvar gecələri ərzində etirazlar zamanı ən azı 12 min insan ölüb.
Gülayə Mecid
