12.01.2026-cı il tarixində saat 07:00 radələrində 1967-cı il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Unikal" xəbər verir ki, bu barədə TƏBİB məlumat yyaıb. Bildirilib ki, ona döş qəfəsinin açıq yarası, sol bazu nahiyəsinin, kəsilmiş deşilmiş yarası və dəqiqləşdirilməmiş pnevmatoraks diaqnozları təyin olunub.

Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

*** 09:36

Gəncədə bıçalanma olub.

"Unikal"ın məlumatına görə, şəhər sakini 1967-ci il təvəllüdlü M.Teymurov döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.

Xəstə əməliyyat edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir. 59 yaşlı kişinin hansı şəraitdə bıçaq xəsarəti alması məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Tural Əhmədov