Tovuz rayonunda göldən meyiti aşkarlanan qadının şəxsiyyəti müəyyənləşib.

“Unikal”ın məlumatına görə, meyiti tapılan şəxs Tovuz rayon sakini, 2000-ci il təvəllüdlü N.Cəfərovadır.

Aparılan ilkin araşdırmalar zamanı qadının bədənində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

XXX

22:02

Tovuz rayonunda göldən qadın meyiti aşkarlanıb.

“Unikal”ın məlumatına görə, hadisə rayonun Ağdam kəndi ərazisində yerləşən göldə qeydə alınıb. Göldən orta yaşlı qadına məxsus meyit tapılıb.

Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Hazırda qadının kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov