Şəmkirdə yanğın olub.
"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki rayon ərazisində quraşdırılan yolkada qəfil yanğın başlayıb. Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və şəxsi heyəti cəlb edilib. Qısa müddət ərzində alovun qarşısı alınıb. Baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.
Tural Əhmədov
