Türkiyəli müğənni Ajda Pekkan Yeni il gecəsi ona təklif olunan 20 milyon lirəlik çıxışdan imtina edib.
"Unikal" xəbər verir ki, sənətçi bayramı Bodrumdakı evində xərçəng müalicəsi alan bacısı Semiramis Pekkanla birlikdə qarşılayıb.
Qeyd edək ki, sənətçinin bacısının ağciyərində bədxassəli bir kütlə aşkarlanıb və əməliyyat olunub. O, uzun müddətdir kimyaterapiya müalicəsi alır.
