Amerikalı aktyor Corc Kluni həyat yoldaşı Amal və iki övladı ilə birlikdə Fransa vətəndaşlığı alıb.

"Unikal" xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Bildirilib ki, Kluni ailəsi 2021-ci ildə Fransanın cənub-şərqində yerləşən üzümçülük mülkü satın alıb. Aktyorun sözlərinə görə, məhz bu evdə özlərini ən xoşbəxt hiss edirlər.