İstanbul Baş Prokurorluğu tərəfindən şou dünyasından bir çox məşhurun saxlanıldığı narkotik əleyhinə əməliyyat çərçivəsində model Şeyma Subaşı da saxlanılıb. 

"Unikal" xəbər verir ki, haqqında həbs qərarı olan Subaşı ABŞ-nin Mayami şəhərindən Türkiyəyə qayıdarkən hava limanında nəzarətə alınıb. O, əvvəlcə narkoloji testdən keçmək üçün Məhkəmə Tibb İnstitutuna, lazımi prosedurlardan keçdikdən sonra ifadə vermək üçün Sarıyerin Maslak şəhərindəki Vilayət Jandarma Komandanlığına aparılıb. 

Qeyd edək ki, Şeyma Subaşı aparıcı-prodüser Acun İlıcalının keçmiş həyat yoldaşıdır. Onların birgə nikahdan bir qızı var.