Göyçayda “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub.

"Unikal" xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisində qeydə alınıb.

Qəzada 6 nəfər, 1998-ci il təvəllüdlü Haqverdiyev Rauf, 1995-ci il təvəllüdlü Məsimov Kərim, 2020-ci il təvəllüdlü Məsimov Orxan, 2020-ci il təvəllüdlü Məsimov Ayxan, 2000-ci il təvəllüdlü Əliyev İsa və 2006-ci il təvəllüdlü Əliyev Loğman xəsarət alıblar.

7 yaşlı Məsimov Nihat isə aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.