Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Azərbaycan prospektində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində metal və digər istehsalat tullantılarının qəbulu sahəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

*** 22:03

Sumqayıtda yanğın hadisəsi baş verib.

Unikal”ın məlumatına görə, Sumqayıt şəhəri ərazisində yerləşən sexlərdən birində yanğın baş verib. Hadisə Kimyaçılar yaşayış massivində yerləşən  obyektlərdən birində qeydə alınıb.

Yanğınla əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Hazırda alovun söndürülməsi istiqamətində tədbirlər görülür.

Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilməyib.

Əlavə məlumat veriləcək.