31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Bakıda atəşfəşanlıq keçirilib.
"Unikal" xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Milli Parkda baş tutub.
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram atəşfəşanlığını Dənizkənarı Parka və paytaxtın mərkəzi küçələrinə toplaşan sakinlər və şəhərimizin qonaqları böyük maraqla izləyiblər.
** 23:00
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə atəşfəşanlıq təşkil ediləcək.
"Unikal" xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Milli Parkda baş tutacaq.
Şəhər sakinləri və qonaqlar atəşfəşanlığı dekabr 31-i saat 00:00-da sözügedən ərazidən seyr edə bilərlər.
