FİFA illik “The Best” mükafatının verilməsini dayandırıb. Qurum Dubay İdman Şurası ilə əməkdaşlıq çərçivəsində yeni mükafat təsis edəcək.
"Unikal" xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytında məlumat yayılıb. Bildirilib ki, yeni mükafat FİFA-nın yeganə rəsmi mükafatı olacaq və ilk dəfə 2026-cı ildə təqdim ediləcək.
Xatırladaq ki, sonuncu “The Best” mükafatının sahibi PSJ-nin hücumçusu Usman Dembélé olub.
