ABŞ-nin Florida ştatında biznes təyyarəsinin qəzaya uğraması nəticəsində bir neçə nəfər həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə “The New York Post” nəşri məlumat yayıb.
Hadisə Palm-Biç dairəsinin Qrinakres şəhərində, yerli vaxtla saat 13:00 (Bakı vaxtı ilə 22:00) radələrində baş verib. Qəzanın dəqiq qurbanlarının sayı hələlik açıqlanmayıb.
İlkin məlumata görə, “Learjet 60” tipli biznes təyyarəsi ağaca çırpıldıqdan sonra elektrik xətlərinə zərər vurub. Hadisə yerində böyük krater yaranıb və yanğın baş verib.
Təyyarənin düşdüyü evdə olan şəxslərin xəsarət alıb-almadığı barədə məlumat yoxdur.
*** 23:41
Florida ştatının Palm Biç dairəsindəki küçənin ortasında özəl təyyarə qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, Krestaven və 10-cu prospekt arasındakı yolu bağlayıb.
Yerli hakimiyyət orqanları qəzanı təsdiqləyib, lakin qurbanlar və təyyarənin dəqiq modeli barədə təfərrüatlar hələlik məlum deyil.
Ərazidəki bütün xəstəxanalar təcili vəziyyətə gətirilib.







.jpg)













.jpg)



.jpg)




.webp)














.jpg)





.jpeg)




