Məşhur aktyor Mehmet Günsür 20 illik həyat yoldaşı Katerina Monqio ilə birlikdə 63-cü Antalya Qızıl Portağal Film Festivalına qatılıb.

"Unikal" xəbər verir ki, şəxsi həyatını ictimaiyyətin diqqətindən kənarda saxlamağa üstünlük verən aktyor, üç uşağının anası olan həyat yoldaşı ilə kameralar qarşısına çıxıb. Günsürün 2006-cı ildə evləndiyi sənədli film rejissoru Katerina Monqionun görünüşü müzakirələr yaradıb.

Sosial media izləyiciləri aktyorun xanımının yaşlı göründüyünü və sənətçiyə yaraşmadığını bildiriblər. 

Qeyd edək ki, cütlüyün yolları illər əvvəl İtaliyada çəkilən bir film çəkilişi zamanı kəsişib. Bu tanışlıq sonda münasibətə çevrilib. Günsür və Monqio 2006-cı ildə evləniblər.