"Dost olmayan ölkələr Rusiya prezidenti Vladimir Putinə qarşı terror aktı planlaşdıra bilərlər".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Amma bu, sadəcə boş söhbət deyildi. Kəşfiyyatımız — onlar əladırlar, son vaxtlar yaxşı iş görürlər — bizi məlumatlandırırdı. Bu, şayiələr, Qərbdən gələn şayiələr idi ki, Rusiya prezidentinə qarşı terror aktı planlaşdırılır”, - respublika rəhbəri bildirib.
Lukaşenko əlavə edib ki, Ukraynada davam edən münaqişə fonunda ehtiyatlı olmaq lazımdır. Belarus prezidentinin sözlərinə görə, bu baxımdan o, Putini xaricə səyahət etməmək barədə xəbərdar edib.
Xatırladaq ki, dekabrın 29-u gecəsi Ukrayna Silahlı Qüvvələri Putinin iqamətgahına hücum etməyə cəhd edib. Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin hücumda hər hansı bir iştirakını təkzib edib.
Gülayə Mecid
