Suriya 2024-cü ilin dekabrında devrilmiş prezident Bəşər Əsədin ailəsinin şəkillərini əskinaslardan silib.

"Unikal" xəbər verir ki, bu  barədə SANA agentliyi məlumat dərc edib. 

Qeyd olunur ki, bunun əvəzinə, əskinaslarda ölkənin kənd təsərrüfatının simvolları olan zeytun, qızılgül, portağal və buğda təsvir olunub. 

Yeni valyutanın təqdimatında Suriya Mərkəzi Bankının rəhbəri Əbdülqədr Xusri qeyd edib ki, ölkədə yeni valyuta vahidinin - bu gün 100 funt sterlinqə bərabər olan Suriya funtunun tətbiqini əhatə edən pul islahatı həyata keçirilir. Dəyişən nominallı yeni əskinaslar 1 yanvar tarixində dövriyyəyə buraxılacaq.

Gülayə Mecid