23.12.2025-ci il tarixində saat 18:35 radələrində 1994 -cü il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, başın tüklü hissəsinin açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
*** 18:53
Gəncədə kişi başından kəllə-beyin travması alıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində baş verib.Sözügedən ərazidə yerləşən mağazaların birindən oğurluq edən 1994-cü il təvəllüdlü O.Kulaib tutulduğunu görüb. Bu zaman 31 yaşlı kişi başını divara çırpıb. Kəllə-beyin travması alan şəxs xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
