Samux Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir Qarayev işdən azad olunub.

"Unikal" Moderator.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, T.Qarayev öz ərizəsi ilə işdən ayrılıb.

Səbəb olaraq səhhətində yaranan problemləri göstərib.

Məlumat üçün bildirək ki, T.Qarayev 20 ildən artıq sözügedən vəzifədə çalışıb.