Daşkəsəndə yeniyetməyə xəsarət yetirən şəxs tutulub.
"Unikal"ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni tördən 13 yaşlı Y. Tağıyev saxlanılıb.
Araşdırma aparılır
*** 16:11
Daşkəsəndə 14 yaşlı yeniyetmə dava zamanı xəsarət alıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Mədənçilər qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 2011-ci il təvəllüdlü E.Orucov qulağının, qollarının və baş nahiyəsinin kəsilmiş yarsı ilə xəstəxanaya çatdırılıb. Ona yardım edilib, hazırda yeniyetmənin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, yeniyetmə dostu tərəfindən butulka ilə vurulub. Əraziyə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
