MMA tarixinin ən istedadlı döyüşçülərindən biri hesab edilən və bu yaxınlarda təqaüdə çıxan amerikalı Con Consun idman aləmində gündəm yaradıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, məşhur idmançı Çeçenistan lideri Ramzan Kadırovun qonağı olub.
UFC-nin keçmiş ağır çəki çempionu Con Cons Çeçenistana səfəri zamanı ağır silahların iştirak etdiyi tədbirə qatılıb. Sosial mediada yayılan görüntülərdə Consun çiyinlərə quraşdırılmış reaktiv yaylım atəşi (RPG) ilə hədəfi atəşə tutduğu əks olunub. Görüntülər tez bir zamanda sosial mediada yayımlanıb və idman ictimaiyyətində müzakirə mövzusuna çevrilib.
