Argentina hökuməti Yohannesburqda keçirilən G20 sammitində qəbul edilmiş liderlərin birgə bəyannaməsini imzalamamaq qərarına gəlib.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda qeyd olunur: "Argentina Yohannesburqda keçirilən G20 sammiti zamanı paylanan yekun sənədi dəstəkləməyib".

Sammitdə Argentinanı xarici işlər naziri Pablo Kirno təmsil edirdi.