İngiltərənin “Çelsi” klubunun futbolçusu Koul Palmer yenidən zədələnib.

"Unikal" xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi evdə ayaq barmağını sındırıb. London təmsilçisinin baş məşqçisi Enzo Mareskanın sözlərinə görə, futbolçu 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.

O, Premyer Liqada “Börnli” və “Arsenal”, Çempionlar Liqasında isə “Barselona”ya qarşı görüşləri buraxacaq.

İngiltərə millisinin üzvü qasıq nahiyəsində olan zədəsini bu yaxınlarda sağaltmışdı.