Şimal yarımkürəsində yeni mutasiyaya uğramış xəstəlik sürətlə yayılır. Yaponiya, Avstraliya və Böyük Britaniya artıq epidemiyanın astanasındadır.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyada halların artması, məktəblərin bağlanması səbəbindən ümummilli epidemiya elan edilib. Avstraliya xəstəlik üzrə rekord qırıb. Avropa səhiyyə qurumları peyvəndin təsirli olmadığını və xəstəliyin 7 ayrı mutasiyaya məruz qaldığını açıqlayıb.

Virusun bütün Avropada sürətlə yayıldığı vurğulanıb. İngiltərə qripin erkən dalğası ilə üzləşib və İngilis mətbuatı xəstəlikdən ölümlərə hazırlaşmağın vacibliyi barədə xəbərdarlıq edib. Mövsümi epidemiya kimi başlayan qrip virusu peyvənd əleyhinə əhval-ruhiyyə və qlobal istiləşmə səbəbindən sürətlə inkişaf edib.

ABŞ-da H3N2 virusuna yoluxma halları sürətlə artmağa başlayıb. H3N2 infeksiyası qızdırma, öskürək, burun axması, yorğunluq, əzələ ağrısı və titrəmə kimi tanış qrip simptomları ilə özünü göstərir. Qrip virusunun mutasiyaya uğramış növü olan bu xəstəlik uşaqlar və yaşlılar üçün daha təhlükəli hala gəlir. Həkimlər bildirirlər ki, yeni mutasiyalarına görə bu virus digər viruslara nisbətən immun sistemi tərəfindən daha yavaş məhv edilir. H3N2 daha ağrılıdır.