Oktyabrın 31-də paytaxtın Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib. 

“Unikal”a müraciət edən şikayətçi bildirib ki, qeyd edilən tarixdə saat 18:50 radələrində "99 L 891" nömrəli motosiklet park edilmiş "90 YL 083" dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.

Motosikleti idarə edən Elşad Mirzəzadənin sürücülük vəsiqəsi olmayıb. Həmçinin sözügedən motosiklet qəzanı törədən E.Mirzəzadəyə deyil, onun dostuna məxsus olub. Motosikletin sahibi Eşme Tamerlan Murat polisə yalan məlumat verərək, motosikleti özünün idarə etdiyini qeyd edib. 

Şikayətçi isə bildirir ki, öz sığortası tərəfindən avtomobilin təmirinə başlanılıb. Lakin, nəqliyyat vasitəsinə dəyən zərər nəticəsində onun bazar dəyəri xeyli aşağı düşüb. Həmçinin o, ona dəymiş maddi zərərin ödənilməsini tələb edir.