Noyabrın 15-də Lənkəran rayonu Göyşaban kəndi ərazisində yerləşən fermalardan birinin həyətində olan metal konstruksiyalı yardımçı tikilidə baş vermiş yanğın nəticəsində 2 nəfərin yanmış meyitinin aşkar edilməsi faktı üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"a bildirilib ki, hadisənin baş vermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
***
11:52
Lənkəranda yanan meyitlərin Cəlilabad rayon Kazımabad kənd sakinləri olduğu bildirilir.
"Unikal" xəbər verir ki, ötən gün iki nəfərin yanmış cəsədləri aşkar olunanların Cəlilabad rayon Kazımabad kənd sakinləri 1970-ci il təvəllüdlü Sərraf Bulud oğlu Mustafayev və 1966-cı il təvəllüdlü Əmrah Nəcəfalı oğlu Bədirov olduğu bildirilir. Onların şəxsiyyətini dəqiqləşdirmək üçün qohumlarından analiz götürülüb.
Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
*** 16:17
Lənkəran rayonunda 2 nəfərin cəsədi tapılıb.
"Unikal" xəbər verir ki, meyitlər Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda tapılıb.
Hal-hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev
