Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Unikal" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazidə baş verib.

İbrahim Abdullazadənin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə 1995-ci il təvəllüdlü Rəhimli Rahil Adil oğlunun idarə etdiyi moped toqquşub.

Qəza nəticəsində mopedin sürücüsü və onun sərnişini – həmyaşıdı Abdallı Fərid Fizuli oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq rayon xəstəxanasına çatdırılıb.

Onlara müayinə olunaraq zəruri tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev