“2003-2025-ci illər ərzində 3600-dən çox məktəb binası tikilib. 2025-ci ildəd dövlət əsaslı vəsait hesabına yeni məktəblərin tikintisi və əsaslı təmir işləri həyata keçirilib. 47 təhsil müəssisəsində tikinti-quraşdırılma işləri aparılıb, 20 təhsil müəssisinin tikintisi başa çatıb".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
"Son 5 ildə qəzalı məktəblərin sayı 2.5 dəfə azalıb. Yəni, biz 1000 məktəbdən 400-ə enə bilmişik. Bu hər il orta hesabla 100 məktəb deməkdir. 400-dən az məktəbimiz var ki, ya əsaslı təmirə, ya da yenidən tikintisinə ehtiyac var”, - deyə nazir bildirib.
Anar Kəlbiyev


























































