Xalq artisti Şahnaz Haşımova sabah əməliyyat ediləcək.

Bu barədə "Unikal"a Şahnaz Haşımovanın nəvəsi Eldar Abdullayev bildirib. Onun sözlərinə görə Şahnaz Haşımova hazırda evdədir və özünü yaxşı hiss edir:

"Şahnaz xanım Gəncə Beynəlxalq Xəstəxanasında həkimlərin müayinəsindən keçdi. Elə bir qorxulu və ciddi bir xəstəlik aşkarlanmadı.Həkimlər bildirdi ki Şahnaz xanım xəstəliyin üstünə vaxtında düşüb. Bir az gec olsa, gələcəkdə onun səhhətində problem yaradardı. Sabah səhər saatlarında Gəncə Beynəlxalq Xəstəxanasında cərrah İlkin İsmayılov  və Anar Cəfərov tərəfindən əməliyyat ediləcək".

Tural Əhmədov

*** 23:09

Xalq artisti Şahnaz Haşımova xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə sənətçinin oğlu Tural Abdullayev qafqazinfo-ya məlumat verib. Onun sözlərinə görə, Ş.Haşımova sabah günün birinci yarısı əməliyyat olunacaq:

“Gəncədəki özəl xəstəxanalardan birinə yerləşdirilib. Bizə dedilər mütləq əməliyyat olunmalıdır. Sabah günün birinci yarısına kimi əməliyyat olunmalıdır”.

Xatırladaq ki, 68 yaşlı Xalq artistinin 2023-cü ildə də səhhətində problemlər yaranmışdı.